Avropa İttifaqı Ermənistana növbəti dəfə 2,5 milyon avro maddi yardım ayırdı. Ermənistan tərəfindən işğala məruz qoyulan, milyardlarla maddi zərər görən Azərbaycan isə yenə də Avropa tərəfindən gözardı edilir. Bu gün Avropanın təcavüzkara yardımlar göstərməsinin arxasında hansı maraqları dayanır?
Bu istiqamətdə Hafta.az-a açıqlama verən siyasi tədqiqatçı, professor Elşad Mirbəşir hesab edir ki, bu, Avropa İttifaqı ilə Ermənistan arasında kantekst xarakterli müzakirələrdir.

Ermənistana maliyyə ayrılması heç də bu ölkənin Avropa İttifaqı standartlarına yaxınlaşdırılması məqsədi daşımır.
Professor bu qənaətdədir ki, Avropa İttifaqı Ermənistandan daha qətiyyətli geosiyasi addımlar atılmasını istəyir:
“Avropa İttifaqının Ermənistana 2,5 milyard avro həcmində sərmayə yönləndirəcəyi ictimai rəyi çaşdırmaq xarakteri daşıyır. Avropa İttifaqı ölkələri onsuz da Ermənistana elan olunmayan maliyə dəstəyi, qrant yardımları göstərib".
Professor 2024-cü il aprel ayının 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-ın Baş katibi Entoni Blinken, Avropa komissiyasının sədri Ursulo Fon-Der Layn arasında Brüsseldə baş tutan görüşü xatırladıb. Qeyd edib ki, o zaman ABŞ və Avropa İttifaqı Ermənisana əlavə müdafiə və təhlükəsizlik təminatları vermək istəyinin anonsunu açıq şəkildə vermişdilər:
"Lakin həm Azərbaycan tərəfinin sərt reaksiyası, eləcə də Avropa İtifaqının strategiyasını rahat həyata keçirə bilməyəcəyi narahatlığı bu görüşü başqa cür təqdim etdilər. Apelin 5-də baş tutan həmin görüş Ermənistana sosial-iqtisadi, humanitar dəstək kimi ifadə olundu. Əslində isə Ermənistana müdafiə və təhlükəsizlik istiqamətində dəstək verilməsi nəzərdə tutulurdu. Amma sosial-iqtisadi yardım adı ilə Avropa İttifaqı Ermənistana 270 milyon, ABŞ isə 65-70 min dollar dəstək göstərəcəiyni bildirmişdi. Burda Avropa İttifaqının məqsədi görüntü yaratmaq üçün idi. Çünki bu görüşdən sonra müşahidələrimiz onu sübut etdi ki, Fransanın timsalında Avropa İttifaqı, ABŞ Ermənistanı silahlandırmağa başladı. ABŞ-Ermənistan hərbi təlimləri, hərbi-texniki dəstəklə bağlı əməkdaşlıq da buna sübutdur”.
E.Mirbəşir hesab edir ki, Paşinyanın Brüsselə son işgüzar səfəri Avropa İttifaqından yardım almaq üçün deyil. Onun fikrincə, Avropa İttifaqı geosiyasi proseslər fonunda Ermənistana əlavə təlimatlar verəcək:
“Avropa İttifaqı Ermənistandan bir alət kimi istifadə edir. Əgər Avropa İttifaqı regiona obyektiv yanaşsaydı, işğalçı Ermənistana layiq olduğu münasibəti sərgiləyərdi. Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb. Azərbaycan dövlətinə, xalqına böyük həcmdə maddi ziyan, sağalmaz mənəvi yaralar vurub. Avropa İttifaqı bir dəfə də olsun Ermənistanla bu məsələni müzakirə edib, onu qınayacaq möve sərgiləməyib. Burdan belə nəticə çıxır ki, Ermənistan işğalçılıq siyasətini, təcavüzkar davranışlarını Avropa İttifaqının xeyir-duası ilə davam etdirib. Ermənistan Avropa İttifaqının maraqlarına uyğun olaraq regionda münaqişə vəziyyətinin idarə olunmasına imkan yaradırdı. Uzun illər münaqişənin dinc vasitələrlə həll olunmasını bloklayırdı. Azərbaycan öz hərbi gücü sayəsində torpaqlarını 44 gün ərzində effektiv şəkildə azad edib Avropa İttifaqının regionla bağlı strategiyasını alt-üst etdi”.
E.Mirbəşir eyni zamanda qeyd edib ki, bu gün Avropa İttifaqı Ermənistanı bir alət kimi istifadə etməklə regionla bağlı yeni strategiya hazırlamaq məcburiyyətində qalıb. Ona görə də ikilistandartlı siyasətini rəhbər tutur və Ermənistanın işğalı nəticəsində çox böyük zərərə məruz qalmış Azərbaycana dəstəyin üzərindən sükutla keçir. Bu da onu göstərir ki, yeni geosiyasi reallıqlar Avropanı narahat edir:
“Avropa İttifaqı münaqişə vəziyyətinin yaradılmasında maraqlıdır. Əks halda Ermənistan bu dərəcədə silahlandırılmazdı. Xatırladım ki, Paşinyan Brüsselə səfəri zamanı Avropa İttifaqının Genişlənmə üzrə komisarı ilə görüşüb. Bu zaman Azərbaycandan “zorla köçürülən ermənilər”ə sosial dəstək müzakirə olunub. Göründüyü kimi, Avropa Platformalarında reallıq təhrif olunur. Guya ermənilər Azərbaycandan zorla köçürülüb. Amma hər kəsə yaxşı bəllidir ki, ermənilər ərazilərimizi öz xoşları ilə tərk ediblər. Separatçılar fəaliyyətdən uzaq qaldıqları üçün Ermənistana keçməyə məcbur qalıblar. Çünki Azərbaycan ərazisində yerləşməkdə məqsədləri regionun təhlükəsizliyi üçün təhdid yaratmaq idi. Azərbaycan 44 günlük savaşda onları bu imkanlardan qətiyyətlə məhrum etdi. Amma bu, Avropa İttifaqında təhrif olunaraq təqdim olunur. Bu faktlar Avropa İttifaqının əsl mahiyyətini göstərir”.
E.Mirbəşir bu gün Avropa ittifaqının Azərbaycandan enerji asılılığının olmasına baxmayaraq, yenə də riyakarlıqla məşğul olduğunu deyib. Yenə də regionda qarışdırıcı mövqe sərgiləyən Ermənistanı dəstəkləyərək, ondan qarışdırıcı alət kimi istifadə etmək istəyir. Onun fikrincə, Paşinyanın Brüsselə səfəri də Avropa İttifaqının maraqları çərçivəsində baş tutub. Avropa İttifaqı Ermənistana yeni təlimatlar verərək, ona uyğun davranmasını tələb edəcək.